Öz ailəsinin 4 üzvünü qətlə yetirən şəxs intihar edib

26 Noyabr 2025 18:12 (UTC+04:00)

Almaniyanın Baden-Vürttemberq əyalətində bir ailənin beş üzvünün meyitlərinin tapılması ilə əlaqədar genişmiqyaslı araşdırmalar aparılır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, yerli mediada dərc olunan məlumatlarda 63 yaşlı şəxsin həyat yoldaşını, iki oğlunu və bacısını qətlə yetirdikdən sonra intihar etdiyi bildirilir. Həmin şəxsin meyitinin yanında odlu silah aşkarlanıb. Polis qətllərin üç ayrı şəhərdə törədildiyini açıqlayıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.