Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxıb.
SİA xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının (parlament) spikeri Alen Simonyan "Armenpress"in Telegram kanalında verdiyi məlumata görə bildirib.
Ondan Ermənistanın niyə hələ də KTMT-dən çıxmadığı soruşulub.
...Biz faktiki olaraq çıxmışıq, - Simonyan cavab verib. Ermənistan parlamentinin spikeri qalan hər şeyi Yerevanın ixtiyarına buraxmağı məsləhət görüb.
Əli Babayev