...Venesuela rəhbəri Nikolas Maduro Karakasda ABŞ-ın ölkənin daxili işlərinə müdaxiləsinə qarşı yürüş keçirib. Millətə müraciəti zamanı qəsbkar əlində milli qəhrəman Simon Bolivarın əfsanəvi qılıncını tutub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Sky News yazır.
"Azad edən Simon Bolivarın Bayrağı və Qılıncı Yürüşü" adlanan yürüşdə minlərlə venesuelalı iştirak edib. Yürüşdə mülki şəxslərlə yanaşı, polis məmurları, hərbçilər və milis üzvləri də iştirak edib.
Yürüşün sonunda hərbçilər Maduroya qılıncı hədiyyə ediblər. Bir çox tarixçinin fikrincə, Simon Bolivar ölkəni İspaniya hakimiyyətindən azad etdiyinə görə minnətdarlıq əlaməti olaraq Perudan alıb.
Maduro qılıncı yelləyərək "Mən bunu 200 il sonra bütün Cənubi Amerikaya qələbə gətirən bir azadlıq qüvvəsi kimi qəbul edirəm" deyə qışqırıb.
...Qılınc sağdır və Latın Amerikasında yürüş edir! Yaşasın Bolivar və onun xilaskar qılıncı!
Qeyd edək ki, sentyabrın əvvəlindən bəri ABŞ Karib dənizindəki Venesuela gəmilərinə zərbələr endirir və onları narkotik qaçaqmalçılığında ittiham edir.
Noyabrın 19-da "The New York Times" qəzeti Donald Trampın Venesuela hökumətinə təzyiq göstərmək, o cümlədən ölkə daxilində gizli əməliyyatlar aparmaq planlarını təsdiqlədiyini bildirib.
"Reuters" agentliyi ABŞ-ın Nikolas Maduronu devirmək cəhdini də nəzərdən keçirdiyini bildirib.
Əli Babayev