Şəkinin ucqar Cəyirli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin məlumatına görə, Cəyirli kəndi ərazisində 36 yaşlı Firqət Haşımovun idarə etdiyi “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticədə nəqliyyat vasitəsində olan bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Polis hadisə yerini nəzarətə götürüb. Təcili tibbi yardım briqadasının həkimləri qəzada yaralananlara ilkin tibbi yardım göstərib.