Lenin əslində Rusiyanı 180 milyon dollara satıb..?

27 Noyabr 2025 00:04 (UTC+04:00)

...Sovet dövlətinin qurucusu Vladimir Leninin Rusiya İmperiyasının süqutunda birbaşa marağı var idi. Bunu peşəkar tarixçi və Milli Xatirə İnstitutunun rəhbəri Aleksandr Alferov YouTube videosunda izah edib.

SİA-nın məlumatına görə, Qlavred almanların Leninin Rusiyaya qayıtmasını niyə təşkil etdiyini araşdırıb.

Almanlar Rusiya İmperiyasındakı çevriliş üçün Leninə nə qədər pul veriblər?

...Dünya proletariatının lideri Vladimir İliç Lenin əslində Rusiyanı 180 milyon dollara satıb. Bu doğrudur. Amma bu, bugünkü pulladır.

Bunu deyən arixçi Aleksandr Alferov əlavə edib ki, “...o dövrdə məbləğ nominal olaraq daha az, iqtisadi baxımdan isə olduqca güclü idi - Leninin Almaniya İmperiyasından aldığı 30 milyon alman markası...

O əlavə edib ki, o zaman bu, daha kiçik bir məbləğ idi, amma eyni dərəcədə ödəmə qabiliyyətinə malik idi - 30 milyon alman markası...

1917-ci il inqilabının arxasında kim dayanırdı?

Tarixçinin sözlərinə görə, almanlar Lenini sözün əsl mənasında Rusiyaya daşıyıblar, ona "möhürlənmiş qatar vaqonu" və maliyyələşdirmə təmin ediblər.

Onların məqsədi sosial dəyişiklik üçün inqilab yaratmaq deyil, Rusiyanı təslim olmaq həddinə qədər zəiflətmək idi. ...Bəli, Lenin Almaniyadan möhürlənmiş qatar vaqonunda həmin 30 milyon alman markası ilə daşınıb ki, o, inqilaba deyil, Rusiyanın Birinci Dünya Müharibəsində məğlubiyyətinə səbəb olsun.

Tarixçi bildirib bunu...

Lenin almanlara nə vəd etmişdi…

Bu tarixi müqavilənin ən vacib elementi ondan ibarətdir ki, Lenin idealist inqilabçı kimi deyil, xarici gücə öz ölkəsinin məhv edilməsini vəd edən siyasi agent kimi çıxış edib.

...Başqa sözlə, o, öz ölkəsinin müharibədə uduzması üçün pulu götürüb.

Bunu Alferov iddia edir.

Lenin "proletariat" və inqilabın gələcəyi uğrunda mübarizəsini açıq şəkildə elan etsə də, pərdə arxasında alman komandanlığına dövlətin süqutunu və Rusiyanın hərbi məğlubiyyətini təmin edib.

...Çünki Lenin ruslara inqilab, proletariat yaradacağını vəd etmişdi, amma əslində almanlara Rusiyanın parçalanacağını və müharibədə uduzacağını vəd etmişdi.

Bunu da tarixçi vurğulayıb.

Əli Babayev