Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İmişlidə vətəndaş qəbulu keçirəcək. Bu barədə SİA-ya Dini Komitədən məlumat verilib.
Bildirilib ki, qəbul dekabrın 2-si saat 11:00-da baş tutacaq və Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək.
Dini Komitə sədrinin qəbulu İmişli rayon Heydər Əliyev Mərkəzində (ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi, 2) keçiriləcək.
Eyni zamanda vurğulanıb ki, qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinə (050) 562 72 32, (021) 246 62 99, [email protected], [email protected]) müraciət edə bilərlər.