Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

26 Noyabr 2025 10:13 (UTC+04:00)

ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə 29 və 30 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir. Bu barədə SİA-ya ADY-dən bildirilib.

Qeyd edilib ki, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərsiniz.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.