UEFA Gənclər Liqası: "Napoli" - "Qarabağ" oyunu bərpa olunub

25 Noyabr 2025 19:28 (UTC+04:00)

UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" və "Qarabağ"ın U-19 komandaları arasında keçirilən V tur oyunu bərpa olunub.

SİA xəbər verir ki, Ağdam klubundan erilən məlumata görə, 61-ci dəqiqədə güclü yağış səbəbindən dayandırılan qarşılaşma davam edir.

Qeyd edək ki, bu gün "Napoli" və "Qarabağ"ın əsas komandaları Çempionlar Liqasının liqa mərhələsində üz-üzə gələcəklər. Həmin görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

18:59

UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" və "Qarabağ"ın U-19 komandaları arasında keçirilən V tur oyununda məcburi fasilə yaranıb.

Ağdam klubundan verilən məlumata görə, qarşılaşma 61-ci dəqiqədə güclü yağış səbəbindən dayandırılıb. Matçın keçirildiyi "Cuzeppe Pikkolo" stadionunun ot örtüyü süni olduğundan matçı davam etdirmək mümkün olmayıb.

Paltardəyişmə otağına yollanan komandalar hakimin qərarını gözləyirlər. Hazırda hesab "Napoli"nin xeyrinədir - 1:0.

Qeyd edək ki, bu gün "Napoli" və "Qarabağ"ın əsas komandaları Çempionlar Liqasının liqa mərhələsində üz-üzə gələcəklər. Həmin görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.