SİA-nın məlumatına görə, RBC Qərb mediasına istinadən xəbər verir ki, Ukrayna hakimiyyəti yeni sülh razılaşması üçün ümumi çərçivə ilə razılaşıb.
Cenevrə danışıqlarından sonra Ukrayna tərəfi sülh razılaşması üçün əsas çərçivəni dəstəkləyib.
Lakin qalan və ən həssas məsələlər Volodimir Zelenski və ABŞ Prezidenti Donald Trump tərəfindən daha ətraflı müzakirə olunacaq.
Anonim ABŞ rəsmisinin sözlərinə görə, tərəflərin hələ də "həll edilməli bəzi kiçik detalları var".
Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) katibi Rüstəm Umerov təsdiqləyib.
Onun sözlərinə görə, Cenevrə görüşü zamanı Ukrayna və ABŞ "sazişin əsas şərtləri barədə ortaq bir anlaşmaya gəliblər", lakin ərazilər və NATO üzvlüyü məsələsi daha ətraflı müzakirə olunacaq.
Qərb mediası həmçinin yeni sülh planının doqquz bənd azaldıldığını bildirir.
Donbasın Rusiyaya təhvil verilməsi ilə bağlı bənd, eləcə də "Ukrayna ərazisi ilə bağlı digər həssas məsələlər" çıxarılıb. Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya ABŞ-dan Ukraynadakı nizamlama planının aralıq versiyasını təqdim etməsini gözləyir.
Əli Babayev