AYNA yeni layihənin icrası üçün işlərə başlayıb...

25 Noyabr 2025 19:02 (UTC+04:00)

Hazırda Yəhya Hüseynov küçəsindən, eləcə də yaxınlıqda yerləşən yaşayış kompleksindən paytaxt istiqamətində getmək istəyən sürücülər Bakı-Sumqayıt şosesindən istifadə etməklə, “Ekologiya postu”nun yaxınlığında yerləşən yol qovşağından geriyə dönərək hərəkət etmək məcburiyyətində qalırlar.

Bu da nəqliyyat vasitəsilə 3 km-dən çox hərəkət məcburiyyətinə, səyahət müddətinin artmasına və yol qovşağının əlavə yüklənməsinə gətirib çıxarır.

Lakin artıq vəziyyət dəyişəcək.

SİA xəbər verir ki, daha ətraflı AZƏRTAC-ın videosüjetində izləyə bilərsiniz.