...İndoneziya cəngəlliyində nadir bir çiçək tapılıb. Bioloqlar əsl "müqəddəs qraal" - "cəsəd zanbağı" kimi də tanınan rafflesia ilə qarşılaşıblar.
SİA-nın məlumatına görə, onun çiçəkləri dünyanın ən böyük çiçəkləri arasındadır.
Qönçələrinin diametri bir metrə çata bilər, yetkinləşməsi aylarla çəkir və cəmi bir neçə gün açılır.
Məhz bu anda tədqiqatçılar bitkini kəşf etdilər. Onlardan biri hətta sevincdən göz yaşlarına boğulub. Axı o, bu unikal çiçəyi 13 ildir axtarırdı.
Daha əvvəl SİA xarici saytlara istinadən Qərbi Avstraliyadakı Curtin Universitetinin bioloqlarının başındakı qeyri-adi buynuzları ilə seçilən yeni bir arı növünün - Luciferin (Megachile Hackeriapis Lucifer) kəşf etdiyini bildirmişdi.
Nazlı Almuradova