Qəbələdə çips istehsalı müəssisəsində nöqsanlar aradan qaldırılıb

25 Noyabr 2025 15:11 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Qəbələ şəhəri, E.Kərimov küçəsi, ev 34 ünvanında “Qəbələ Konserv Zavodu” MMC-yə məxsus çips istehsalı müəssisəsində keçirilən təkrar yoxlama zamanı “Çipsim” əmtəə nişanlı çips məhsullarından laborator müayinə üçün nümunələr götürüblər. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, sınaq nəticəsində məhsulların tərkibində mononatrium qlütamatın (E621) miqdarının norma daxilində olduğu müəyyən edilib.

Müəssisə barəsində tətbiq edilən məhdudlaşdırıcı qərar qüvvədən salınaraq fəaliyyəti bərpa olunub.