...SİA-nın məlumatına görə, AiF Tolonews Plus-a istinadən xəbər verir ki, Əfqanıstan hökuməti Pakistanı ölkənin şərq əyalətlərində 10 mülki şəxsin ölümünə səbəb olan hücumlar təşkil etməkdə günahlandırdı.
Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid bildirib ki, Pakistan Xost əyalətində yaşayış binasını bombalayıb, bir qadın və doqquz uşaq ölüb.
O, həmçinin Paktika və Kunar əyalətlərində də hücumların həyata keçirildiyini və sakinlərin yaralandığını bildirib.
Pakistan hökuməti və ordusu hələlik bu açıqlamaya münasibət bildirməyib.
Hücumlardan bir gün əvvəl Pakistanın Peşəvər şəhərində terror aktı törədilib.
Yaraqlılar polis qərargahına hücum edərək ən azı üç polis məmurunu öldürüb, 11 nəfəri yaralayıb.
Hücuma görə heç bir silahlı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Lakin şübhələr Talibanın Pakistan qolu olan Tehrik-e-Talibana qarşı yaranıb.
Bu, yenə də Əfqanıstan Talibanı ilə sıx əlaqələri saxlayan ayrı bir təşkilatdır.
Pakistan hakimiyyəti Kabulu Pakistanda axtarılan terrorçuları gizlətməkdə ittiham edir.
Əfqanıstan bu ittihamları rədd edir.
Əli Babayev