Paşinyanın əsl üzü açılır - Trampdan Bakıdakı hərbi caniləri geri istəyir...

25 Noyabr 2025 13:10 (UTC+04:00)

Mətləb Salahov: "Sülhdən danışıb hərbi caniləri geri istəmək siyasi əxlaqsızlıqdır”

“Ermənistanın baş naziri Nikol Paşinyan artıq getdikcə daxili auditoriyaya yönəlmiş və qarşıdakı parlament seçkilərini hədəf alan məntiqsiz bəyantlar verməkdə davam edir. Ən azı bu açıqlama onu deməyə tam əsas verir ki, erməni baş nazir “sülshsevər” donu başından atıb tamam başqa istiqamətə yönəlib. Bu adam İrəvanda səfərdə olan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hakerlə görüşündə Bakıda məhkəməsi davam edən hərbi cinayətkarların azadlığa buraxılması məsələsini qaldırıb. Azərbaycanda 23 Ermənistan vətəndaşının saxlanıldığını iddia edən N. Paşinyan onları “hərbi əsir” adlandırıb. Əli günahsız insanların qanına batmış bu hərbi caniləri geri istəmək gerçək sülhü arxa plana salmaq deməkdir. Bu, açıq-aşkar əsl hiyləgər erməni xislətinin tablosudur. Sülhdən danışıb hərbi caniləri geri istmək və özünü seçkiərəfəsi radikal erməni düşərgəsində “qəhrəman” elan etmək siyasi əxlaqsızlıqdır”.
Bu barədə SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. Onun fikrincə, sülh prosesinin sürətləndiyi bir vaxtda erməni baş nazirin daxildəki erməni auditoriyasını ələ almaq üçün hərbi cani “kartını” işə salması onun ciddi siyasi fiqur və etibarlı dövlət adamı olmadığını da sübuta yetirir. Çünki yenidən hakimiyyəti qazanmaq üçün tarixi prosesi risq altına salmaq ancaq qeyri-ciddi siyasi fiqurların işidir. Diqqət edin: erməni baş nazir indi də Donald Trampı şantaj etməklə onu fakt qarşısında qoymağa çalışır. Vaşiqntondakı nəvazişdən xumarlanan və özünü nəsə vacib fiqur kimi “hiss edən” Nikol Vavayeviç belə görünür ki, açıq siyasi oyunbazlığa qurşanıb. Ənənəvi və arzuolunmaz erməni genetikası iş başındadır...”

Ayşən Vəli