Ötən gün ölkə ərazisində qeydə alınan 17, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 257, o cümlədən borclu şəxs qismində axtarışda olan 232 nəfər, dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa, ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər isə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib. Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 12 fakt aşkarlanıb. Belə ki, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 7 tüfəng, 29 patron darağı və 1412 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.