Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun növbəti oyunu keçiriləcək

25 Noyabr 2025 09:46 (UTC+04:00)

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun növbəti oyunu keçiriləcək. SİA xəbər verir ki, "Murov Az Terminal" UNEC ilə üz-üzə gələcək.

Qarşılaşma "Murov Az Terminal"ın idman zalında, saat 17:00-da start götürəcək.

Qeyd edək ki, turun ötən gün baş tutan matçında "Milli Aviasiya Akademiyası" "Azərreyl"ə qalib gəlib - 3:2. Tura noyabrın 26-da yekun vurulacaq.