Sumqayıtda "Kalaşnikov" avtomatı tapılıb

25 Noyabr 2025 09:24 (UTC+04:00)

Sumqayıt şəhərində "Kalaşnikov" avtomatı tapılıb. SİA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 36-cı məhəlləsində qeydə alınıb.

Ərazidən 1 ədəd "Kalaşnikov" markalı avtomat silahı və 2 ədəd patron aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.