Ermənistan Bişkekdə keçiriləcək KTMT sammitində iştirak etməyəcək

25 Noyabr 2025 06:24 (UTC+04:00)

Ermənistan Bişkekdə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak etməyəcək, lakin razılaşdırılmış sənədlərin qəbul edilməsinə etiraz etmir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Ermənistana gəlincə isə, bu ölkə iştirak etməyəcək, lakin onun nümayəndələri görüşdə razılaşdırılmış sənədlərin qəbul edilməsinə etiraz etmədiklərini bildiriblər”, - deyə Kreml sözçüsü qeyd edib.

KTMT sammiti noyabrın 27-də Qırğızıstanın paytaxtında keçiriləcək.