Şirvanda 100 yaşlı ahıl ziyarət edilib

24 Noyabr 2025 21:19 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları Şirvan şəhər sakini, evində sosial xidmətlə təmin edilən Kvitkova Vera Kirilovnanı 100 yaşının tamam olması münasibətilə təbrik ediblər.

SİA xəbər verir ki, Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Vera Kvitkova ona göstərilən diqqətə görə minnətdarlığını çatdırıb.

Agentliyin əməkdaşları onun bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacağını bildiriblər.

Onu da qeyd edək ki, hazırda respublika üzrə 3200-ə yaxın tənha ahıl və əlilliyi olan şəxsə evdə sosial xidmət göstərilir.