Cenevrədə Trampın "sülh planı" 28 bənddən 19 bəndə endirildi...

24 Noyabr 2025 21:40 (UTC+04:00)

Cenevrə danışıqlarından sonra Tramp komandasının "sülh planı"nın ilkin versiyasına düzəlişlər edilməsi ilə nəticələnən məsələlərin sayı 19-a endirildi.

SİA xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat verib.

Müzakirələrlə tanış olan anonim mənbələr nəşrə bildiriblər ki, 23 noyabr danışıqlarından sonra ilkin plan 28 məsələdən 19-a endirilib.

Mənbələr hansı məsələlərin çıxarıldığını ətraflı izah etməyiblər.

Nəşr həmçinin bildirir ki, bu həftə Fransa, Almaniya, Böyük Britaniya və ehtimal ki, Polşa, Finlandiya və NATO-nun baş katibinin nümayəndələri ilə əlavə görüşlər planlaşdırılır.

...Biz əks-təklif olacaq bir şey təklif etməyə çalışırıq, - deyə avropalı diplomat bildirib.

Xatırladaq ki, 23 noyabr bazar günü Cenevrə danışıqlarından sonra ABŞ və Ukrayna "yenilənmiş" sülh sənədi hazırladıqlarını açıqlayıblar.

Əli Babayev