...Türkiyənin Sarayburnu limanında girişi qadağan edilmiş "Astoria Grande" kruiz gəmisindəki sərnişinlər təəssüratlarını bölüşüblər.
Onlar İstanbulun imtinasına necə reaksiya verdiklərini izah ediblər.
Gəmidə çoxlu Rusiya vətəndaşı da daxil olmaqla 630 turist olan Palau (...ölkə, ümumi sahəsi 458 kvadrat kilometr olan 328 adadan ibarət arxipelaqdır-A.B.) bayrağı altında üzən gəminin təhlükəsizlik səbəbi ilə limana girişi rədd edildi. Gəmi 16 saat lövbərdə qalıb.
Kapitan sərnişinlərə imtinanın səbəbinin hələ də aydın olmadığını söyləyib.
"Rossiyskaya Gazeta"nın məlumatına görə, Çexovdan olan Vladimir hadisənin onu narahat etmədiyini söyləyib; onlar beş şəhəri ziyarət ediblər, zəngin təəssüratlar qazanıblar və istirahət etməyə vaxt tapıblar.
Soçidən olan bir sərnişin turistlərin qadağaya baxmayaraq voleybol oynadıqlarını, hovuzda üzdüklərini və rəqs etdiklərini bildirib.
Gəminin heyəti sərnişinlərin rahat olmasını təmin etmək üçün əlindən gələni etdi. Sonuncu gündə bir ziyafət təşkil edildi. İstanbulda ekskursiya planlaşdıran bəzi turistlər məyus olublar, lakin növbəti kruizlərində 25 faiz endirim alıblar.
Nazlı Almuradova