DİQQƏT! Bu qidalar depressiyaya səbəb olur

24 Noyabr 2025 17:17 (UTC+04:00)

Bəzən elə olur ki, insan səbəbsiz yerə ağlamaq istəyir və yaxud da özünü dəyərsiz hiss edir və yaxud etdiyi hər hansı bir şeydən günahkarlıq hiss edir və yaxud diqqət dağınıqlığı, yaddaşsızlıq kimi əlamətlərlə rastlaşa bilər. Bunun əsas səbəbləri təbii ki, düzgün şəkildə qidalanmamaqdır. Elə qidalar var ki, depressiyaya səbəb ola bilər. Bəs, bu qidalar hansılardır?

Məsələ ilə bağlı Məhsəti Hüseynova SİA-ya açıqlamasında bildirib ki, həddindən artıq süni şəkərlərdən istifadə olunan qidalar depressiyaya səbəb ola bilər:

“Dediyim kimi paketlənmiş məhsullardır. Buna da yenə şokoladlardır, uzunmüddətli istifadəyə yararlılıq müddəti olan şirniyyatlar, peçenyələr, çipsilər, suxariklər, atışdırmalıq dediyimiz ümumiyyətlə bir çox qidalardır ki, bunlardan istifadə etməsinlər. Daha çox yağlı, duzlu yeməklər də hormonal balansı pozduğu üçün bu qidalar da yenə də depressiyaya səbəb ola bilər. Mənşəyi bəlli olmayan yağlardan hazırlanan qidalar var ki, buna əsasən trans yağlardan olan qidalar daxildir ki, onlardan da istifadə olunması faydalı hesab olunmur. Bir də əsasən qlüteinli qidalar xüsusilə xəmir və unlu şirniyyatlardan mütəmadi olaraq gündəlik istifadə etdikdə də depressiyaya səbəb ola bilir. Həddindən artıq çay, kofe içənlər də müəyyən bir zaman sonra yenə də o da depressiyaya səbəb ola bilər".