...Ukrayna Müdafiə Nazirliyi 23 noyabrda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatlarına istinadən bildirib ki, 2025-ci ilin əvvəlindən bəri Ukrayna ordusu rus işğalçılarına məxsus 13 mindən çox artilleriya sistemini sıradan çıxarıb.
Rusiya ordusunun bu ilin 11 ayından az müddətdə artilleriya itkiləri artıq ötən ilin rəqəmlərini üstələyir.
Ukrayna Müdafiə Nazirliyi qeyd edir ki, 2024-cü il ərzində 13.050 düşmən artilleriya qurğusu məhv edilib.
...Rusiya Ordusunun artilleriya sistemlərinin ümumi itkiləri 23 noyabr 2025-ci il tarixinə 34.585 ədəd təşkil edib. 2022-ci ildə 2.021 düşmən artilleriya sistemi məhv edilib və ya vurulub. 2023-cü ildə isə bu rəqəm 6.461 olub.
SİA xəbər verir ki, bu barədə məlumatda bildirilir.
Əli Babayev