Avropada qazın qiyməti 350 dollardan aşağı düşdü..

24 Noyabr 2025 19:34 (UTC+04:00)

...Hollandiyadakı TTF mərkəzində dekabr ayı üçün qaz fyuçerslərinin qiyməti MVt/saat üçün 29,28 avroya və ya 1000 kubmetr üçün 349 dollara düşdü.

SİA xəbər verir ki, ICE məlumatlarına görə, Avropa qaz qiymətləri 12 iyul 2024-cü ildən bəri ilk dəfə 350 dollardan aşağı düşüb.

Günün əvvəlindən bəri fyuçers müqaviləsi təxminən 3 faizə düşüb.

Avropada yeraltı anbarlarda (YA) qaz ehtiyatları 80 faizdən aşağı düşüb. 21 noyabr tarixinə YAA qurğularında qazın ümumi həcmi 87,4 milyard kubmetr təşkil edib.

Avropa Komissiyası (AK) Avropa ölkələrindən 1 oktyabrdan 1 dekabra qədər hər il anbarlarını tutumlarının 90 faizinə qədər doldurmalarını tələb edir.

Oktyabr ayında Avropa Birliyi (AB) Şurası Rusiya qazının AB üzərindən digər ölkələrə tranzitinə 1 yanvar 2026-cı il tarixindən etibarən qadağa qoydu.

Mövcud müqavilələr üçün iki illik keçid dövrü tətbiq olunacaq.

Əli Babayev