Messi yenidən rekord qırdı

24 Noyabr 2025 15:52 (UTC+04:00)

Argentina millisinin və "İnter Mayami"nin futbolçusu Lionel Messi əfsanəvi Ferens Puşkaşın tarixi rekordunu təkrarlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 38 yaşlı hücumçu bunu MLS-in 1/4 finalı çərçivəsində "Çinçinati" ilə görüşdə bacarıb.

"İnter Mayaminin 4:0 hesablı qələbəsi ilə başa çatan matçda Messi 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Nəticədə forvard qol ötürmələrinin sayını 404-ə çatdırıb. Bununla da o, Ferens Puşkaşın göstəricisinə çatıb.

Messinin növbəti assisti onu yeni rekord müəllifi edəcək.