Anar Əliyevin İmişlidə vətəndaşlarla keçirəcəyi görüşün vaxtı dəyişdirilib

24 Noyabr 2025 10:35 (UTC+04:00)

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin İmişli rayonunda noyabrın 28-də keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qəbula yazılmış vətəndaşlara görüşün keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.