Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 22-də və 23-də ümumi çəkisi 46,6 kiloqramdan artıq narkotik vasitə və 2600 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb. DİN-nin mətbuat xidmətindən SİA-ya bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.