Uşaq hüquqlarının müdafiəsi mövzusuna həsr edilmiş maarifləndirmə tədbirləri keçirilib - FOTOLAR

24 Noyabr 2025 10:08 (UTC+04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində “Uşaq hüquqları və müdafiə mexanizmləri” mövzusunda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlıqda “Uşaqların müdafiəsi və təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbirləri keçirilib. SİA xəbər verir ki, tədbirlərdə Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları tərəfindən uşaq hüquqlarına dair mövcud normativ hüquqi aktlar və hüquqi müdafiə vasitələri barədə məlumat verilib. Eyni zamanda, uşaqların zorakılıq və istismardan müdafiəsi, uşaq hüquqlarının səmərəli təmininə dair məsələlərlə bağlı Müvəkkil tərəfindən görülən işlər və irəli sürülən təkliflər diqqətə çatdırılıb.

Tədbirlərdə mövzu üzrə fikir mübadilələri aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici vəsaitlər təqdim olunub.