Ötən həftə 252 yanğın olub, 6 nəfərin meyiti tapılıb - FHN

24 Noyabr 2025 09:47 (UTC+04:00)

Ötən həftə 252 yanğın olub, 6 nəfərin meyiti tapılıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 252 yanğına çıxış, 30 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası, 1 partlayış və 1 binada uçqun faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 70 nəfər xilas edilib, 12-si azyaşlı olmaqla 93 nəfər təxliyə olunub, 6 nəfər xəsarət alıb, hadisələrdə 6 nəfər ölüb.