Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

24 Noyabr 2025 09:37 (UTC+04:00)

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə qiyməti 0,97% azalaraq 4 075,9 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 0,67% azalaraq 49,578 ABŞ dolları olub.