Dünya bazarlarında neftin qiyməti yenidən artıb

24 Noyabr 2025 09:33 (UTC+04:00)

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,05% artaraq 1 barelə görə 61,97 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,45% artaraq 58,07 ABŞ dollarına bərabər olub.