Türkiyədə mikroavtobusla avtobus toqquşub, ölən və yaralananlar var

24 Noyabr 2025 02:44 (UTC+04:00)

Türkiyənin Dənizli şəhərində mikroavtobusla şəhərlərarası avtobus toqquşub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, mikroavtobus qəza nəticəsində aşıb, şəhərlərarası avtobusun sürücüsü ölüb, daha 13 sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım, polis əməkdaşları cəlb edilib. Yaralılara hadisə yerində ilk tibbi yardım göstərilib və sonra təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.