Gürcüstanda torpaq sürüşməsi baş verib, ölənlər var

24 Noyabr 2025 01:33 (UTC+04:00)

Gürcüstanın Qərb bölgəsində yol tikintisi zamanı torpaq sürüşməsi baş verib. Nəticədə 5 nəfər ölüb.

SIA xəbər verir ki, bu barədə Gürcüstan İnfrastruktur Nazirliyini məlumat yayıb.

Bildirilir ki, hadisə Kveşeti - Kobi yolunun tikintisi zamanı baş verib. Şirkətin Türkmənistan və Çin vətəndaşları olan 5 əməkdaşı çökmüş kütlənin altında qalıb. Onlardan 4-nün cəsəd tapılıb.

Faktla bağlı araşdırma aparılır.