ABŞ prezidenti Donald Tramp Ukrayna hakimiyyətini ABŞ-ın sülh səylərinə görə "minnətdarlıq etməməkdə" günahlandırdı.
SİA-nın məlumatına görə, Tramp sosial media platforması TruthSocial-da yazıb: "Ukrayna rəhbərliyi səylərimizə heç bir minnətdarlıq göstərməyib".
O, həmçinin Avropanı Rusiyadan neft almağa davam etdiyinə görə tənqid edib.
Tramp açıqlamasında yazıb ki, mən heç vaxt baş verməməli olan bir müharibəni miras aldım, bu müharibə hər kəs üçün, xüsusən də mənasız şəkildə ölən milyonlarla insan üçün məğlubiyyətə uğrayan bir döyüşdür.
...Hazırda iki AB ölkəsi - Macarıstan və Slovakiya - Rusiya neftini alır. 21 noyabrda Tramp onlara qarşı sanksiyaları ləğv etdi.
...23 noyabrda Cenevrədə ABŞ, Ukrayna və Avropa nümayəndə heyətləri arasında danışıqlar aparılır.
Əli Babayev