İsrail Hizbullahın baş qərargah rəisini öldürdü...

23 Noyabr 2025 18:54 (UTC+04:00)

...İsrail Baş Nazirinin Ofisi bildirib ki, Binyamin Netanyahu Beyrutdakı Dahiyaya hücum əmrini hərbi rəhbərliyin tövsiyəsi ilə verib.

İsrail mediası hərbi mənbələrə istinadən bildirir ki, Beyrutdakı sui-qəsdin hədəfi Hizbullahın baş katib Naim Qasimdən sonra ikinci nömrəli və qrupun faktiki olaraq qərargah rəisi olan Əli Təbtəbai olub.

O, son illərdə Hizbullahın hərbi strukturunda ən yüksək vəzifəli şəxslərdən biri hesab olunurdu.

Mənbələrə görə, Təbtəbai uzun müddət qrupun xüsusi təyinatlı qüvvələrinə komandanlıq edib və qrupun yüksək hərbi rəhbərliyinin ləğvindən sonra faktiki olaraq qərargah rəisi və əməliyyat strategiyasından məsul olan əsas lider olub. Keçən il o, hərbi hissələrə komandanlıq etməyi Məhəmməd Hayderlə bölüşüb və ikisi Hizbullahın döyüş qabiliyyətini bərpa etmək və gücləndirmək üçün çalışıblar.

Media bildirir ki, Təbtəbai Dahiya məhəlləsindəki təhlükəsiz evində öldürülüb.

Təhlükəsizlik qüvvələrinin məlumatına görə, o, son aylarda İsrailə qarşı çoxsaylı terror hücumları planlaşdırırdı.

Əli Babayev