...Avstraliyanın Tasmaniya əyaləti sahillərində Pinqvin şəhər sakini fəlakət xəbərçisi hesab edilən nadir dərin dəniz balığını - üç metr uzunluğunda dimdikli balina, həmçinin “qiyamət balığı” kimi də tanınır, aşkar edib.
SİA xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat verib.
Makkuori Universitetinin balıq mütəxəssisi professor Kulum Braun izah edib ki, dimdikli balinanın bir neçə növü var. Lakin, Pinqvində tapılan üç metrlik nümunə, ehtimal ki, bu günə qədər məlum olan ən böyüyüdür.
...Bu, çox qeyri-adi bir balıqdır. Onlar çox uzun və nazik, lent kimidir və davamlı dorsal üzgəci var. Onlar yalnız xəstələndikdə və ya öldükdə səthə çıxırlar, - deyə Braun vurğulayıb.
Əli Babayev