Polşa Baş naziri bir şərt qoydu...

23 Noyabr 2025 19:25 (UTC+04:00)

...Polşanın Baş naziri Donald Tusk bildirib ki, tərəfdaşlar 28 bəndlik sülh planı üzərində işləməyə başlamazdan əvvəl onun müəllifinin kim olduğunu və harada yaradıldığını dəqiq bilmək yaxşı olardı.

SİA-nın məlumatına görə, Tusk bunu X-in sosial media hesabında yazıb.

Bəyanatda deyilir: "Avropa, Kanada və Yaponiya liderləri ilə birlikdə bəzi tərəddüdlərə baxmayaraq, 28 bəndlik plan üzərində işləməyə hazır olduğumuzu bildirdik. Lakin, işimizə başlamazdan əvvəl planın müəllifinin kim olduğunu və harada yaradıldığını dəqiq bilmək yaxşı olardı".

Qeyd edək ki, ABŞ Dövlət Katibi Marko Rubio sülh təklifinin Vaşinqton tərəfindən hazırlandığına əminlik verib.

Bu, Rusiya tərəfinin təkliflərinə əsaslanır, eyni zamanda Ukraynanın əvvəlki və hazırkı təkliflərini də nəzərə alır.

Əli Babayev