Ordubadda 61 yaşlı qadın hovuzda boğulub

23 Noyabr 2025 12:17 (UTC+04:00)

Ordubadda bədbəxt hadisə baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı 61 yaşlı qadın ölüb. Belə ki, Dizə kənd sakini, 1964-cü il təvəllüdlü Ələkbərova Leyla Filman qızı hovuza düşüb və boğularaq dünyasını dəyişib.

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.