Goranboyda binada mənzilin döşəməsi çöküb

23 Noyabr 2025 09:22 (UTC+04:00)

Goranboyda yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin döşəməsi çöküb. SİA xəbər verir ki, hadisə Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Sözügedən binanın birinci mərtəbəsində yerləşən mənzilin döşəməsinin anidən çökdüyü bildirilir.