...Belaruslu müğənni Aleksey Xlestov taksi sürücüsü işləyir.
SİA xəbər verir ki, o, bu barədə İnstaqram hesabında məlumat verib.
…Dostlar, artıq heç kimə sirr deyil ki, mən taksi sürürəm və yanımda belə gözəl sərnişinlər var, - musiqiçi İnstaqram hekayəsində yazıb.
Qeyd edək ki, Xlestov uzun illər dövlət qurumları tərəfindən təşkil edilən tədbirlərdə, şəhər və milli şənliklərdə çıxış edib. Lakin, 2023-cü ilin fevral ayında o, Belarusda mahnılarının ifa edilməsi qadağan edilmiş 87 qrup və sənətçinin siyahısına əlavə edilib.
Nazlı Almuradova