...Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR MO) sözçüsü Andriy Yusov Ukrayna televiziyasında bildirib ki, 22 noyabrda Belarusa qaytarılan Ukrayna vətəndaşları əsasən ölkələrini dəstəkləməkdə ittiham olunurlar.
SİA-nın məlumatına görə, "Ukrinform" xəbər agentliyi sözçünün sözlərinə istinadən bildirib ki, "Bu dəfə 31 vətəndaş Belarus ərazisindən qaytarılıb. Bunlar Belarusda müxtəlif şərtlər altında saxlanılan mülki kişilər və qadınlardır. Onlardan bəziləri həqiqətən uzunmüddətli həbs cəzası ilə üzləşib. Bunlar əsasən Ukraynayönlü mövqeyinə görə saxlanılan və Ukraynaya kömək etməkdə və ona dəstək verməkdə ittiham olunan insanlardır".
Yusovun sözlərinə görə, azadlığa buraxılan ən gənc ukraynalı qadın iki il əsirlikdə olub; o, 16 yaşında saxlanılıb.
"Və o, əslində Ukraynanı dəstəkləməkdə və Belarus ərazisində müəyyən qanunları pozmağa cəhd etdiyinə görə ittiham olunub", -o deyib.
O, Belarus insan haqları fəallarının siyasi məhbus kimi tanıdığı Mariya Misyukdan danışır.
Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi vurğulayıb ki, azadlığa buraxılanların hamısı artıq Ukraynadadır.
O qeyd edib ki, bunlar "müxtəlif taleli insanlar", o cümlədən "Belarusda qalmış müvəqqəti işğal olunmuş ərazilərin sakinləri"dir.
...Azad edilənlər arasında ağır xəstələr, xüsusən də xərçəng xəstələri də var. Güclü vətəndaş mövqeyi olan insanlar da var. Bu gün hər kəs lazımi yardımı alır. Bu əməliyyat başa çatdı və bu, son dərəcə vacib bir hadisədir. Bir daha bütün dünyaya göstəririk ki, Ukrayna harada olursa olsun, öz xalqı uğrunda mübarizə aparır, - Yusov vurğulayıb.
Əli Babayev