İran prezidentinin ofisinin məlumatına görə, İran prezidenti Məsud Pezeşkian milli valyutanın denominasiyasını dəyişdirən fərman imzalayıb və Mərkəzi Banka məlumat verib.
SİA-nın məlumatına görə, bəyanatda deyilir: "Pezeşkian Mərkəzi Bank Qanununun 58-ci maddəsinin (a) bəndinə (milli valyutanın denominasiyasını nəzərdə tutan - red.) edilən düzəlişin qüvvəyə minməsi barədə Mərkəzi Banka məlumat verib".
Nəticədə milli valyuta dörd sıfır itirəcək və 10.000 rial bir riala bərabər olacaq. Rialın yüzdə birinə bərabər olan yeni valyuta vahidi olan qiran və ya gəran da tətbiq olunacaq. Ölkənin ikili dövriyyə sistemini tətbiq edəcəyi üç illik keçid dövrü planlaşdırılır: həm köhnə, həm də yeni rialların istifadəsinə icazə veriləcək.
Əli Babayev