Qazaxıstanda qəzaların qarşısını almaq üçün dronlardan istifadə olunur

22 Noyabr 2025 19:14 (UTC+04:00)

Qazaxıstanın Atırau bölgəsində patrul polisi əməkdaşları avtomobil yollarında təhlükəsizliyə nəzarəti gücləndiriblər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, polis əməkdaşları yol hərəkətini izləmək və yola çıxan heyvanları müəyyənləşdirmək üçün dronlardan fəal şəkildə istifadə edirlər. Hava müşahidəsi təhlükəli vəziyyətin tez bir zamanda müəyyən edilməsinə və qəzaların qarşısının alınmasına imkan verir.

Eyni zamanda, polis gizli patrul çəkmə, sürət rejimi nəzarəti, yük və sərnişin nəqliyyat vasitələrinin yoxlanılması kimi digər tədbirlərdən də istifadə edir.