Almaniya və Ukraynanın digər aparıcı tərəfdarları müharibəni hazırkı formada bitirmək üçün Amerika planını rədd edirlər. SİA xəbər verir ki, BILD-in məlumatına görə, hazırkı layihə razılaşma üçün əsas təşkil etsə də, plan üzərində iş davam etdirilməlidir.
Avropalılar xüsusilə ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinin sayını azaltmaq planlarına qarşıdırlar.
Aparıcı Avropa ölkələrinin nümayəndələri 23 noyabr bazar günü ABŞ və Ukrayna ilə Amerika sülh planını müzakirə etmək niyyətindədirlər.
Almaniya hökumət dairələri DPA-ya görüşün Cenevrədə keçiriləcəyini təsdiqləyiblər.
Əvvəllər Avropa liderlərinin ABŞ prezidenti Donald Trampa birgə səfəri əlaqələndirdikləri bildirilirdi.
Böyük Britaniyanın Baş naziri Keir Starmer səfərin mümkünlüyünü əsas Avropa liderləri - Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Giorgia Meloni ilə müzakirə edib.
Hər dörd siyasətçi Vaşinqtonda Trampla birgə görüşə hazırlıqları əlaqələndirir.
Əli Babayev