...Almaniyanın BILD qəzeti Ukraynadakı müharibəyə son qoymaq üçün ABŞ-ın sözdə sülh planı ilə bağlı ekspert rəylərini dərc edir.
...Ukraynanın nöqteyi-nəzərindən bu 28 bənd təslim olmaqdır.
SİA-nın məlumatına görə, bunu Köln Universitetinin siyasi elmlər professoru Tomas Yeger deyir.
Kiyevdən "təslim olmaq və gələcəkdə Rusiyaya qarşı özünü müdafiə etmək qabiliyyətindən imtina etmək" istənilir. Nəticə etibarilə, ABŞ Rusiya tərəfindən yazılmış bir plan təqdim edir. Tramp sadəcə Rusiyanın qurbanına təzyiq göstərmək üçün nəzərdə tutulmuş bir elçidir. Zelenskinin təzyiqə tab gətirə bilib-bilməyəcəyi də onu dəstəkləməli olan Avropa dövlətlərindən asılıdır, - deyə professor yekunlaşdırır.
Plana görə, Rusiya "qonşu ölkələrə hücum etməmək" öhdəliyi götürməlidir, lakin təhlükəsizlik üzrə ekspert Kristian Möllinqə görə, bu vəd, çox güman ki, dəyərsizdir.
...Xroniki yalançı ilə müqavilənin dəyəri nə qədərdir?- deyə o soruşur.
Vladimir Putin son illərdə heç bir razılaşmaya əməl etməyib və buna görə də bu cür razılaşmalar artıq işlək bir vasitə hesab edilə bilməz.
...Qanunun aliliyi güc aliliyi ilə əvəz olunub.
Möllinqə görə, bu sülh planından yeganə faydalanan Rusiyadır.
Onun tam reabilitasiyası nəzərdə tutulur: ölkə "bütün sanksiyaların ləğvi də daxil olmaqla, qlobal iqtisadiyyata tam inteqrasiya olunacaq; üstəlik, o, G8-ə yenidən qoşulmağa dəvət olunacaq".
Ekspert yekun olaraq bildirir ki, "Rusiya yenidən masa arxasına - təcavüzkar müharibəyə başlayan bir ölkə kimi - oturacaq və buna görə mükafatlandırılacaq".
London Kral Kollecinin Təhlükəsizlik Tədqiqatları üzrə professoru Peter Neumar BILD-də Almaniya da daxil olmaqla bütün müttəfiqlərinə yazır: "Təklif Ukraynanın Donald Trampın ətrafındakı azsaylı dostları tərəfindən rədd edilməli və aid olduğu yerə - zibil qutusuna atılmalıdır!"
Bloomberg daha əvvəl Zelenski və avropalıların ABŞ sülh planının əsas məqamlarını rədd etdiklərini bildirmişdi.
Əli Babayev