...Bostonun Logan Hava Limanı 71 avtomobili hərraca çıxarıb. Bu avtomobillər hava limanının dayanacaqlarında atılıb.
SİA-nın məlumatına görə, avtomobillər "olduğu kimi" satılır. Qeyd etdiyimiz kimi, atılmış avtomobillərin batareyaları, yəni “akumlyator”ları ölüb.
Sahibləri irəli çıxmayıb və sənədlər də yoxdur.
Buna görə də, avtomobili əhəmiyyətli endirimlə əldə etmək şansı var.
…“İtirilmiş” avtomobillərin siyahısına müxtəlif avtomobillər daxildir: Ford, Toyota, Nissan, Volkswagen, Chevrolet, Honda, Hyundai, Jeep, Cadillac və Mercedes-Benz və s…
Ən maraqlı və ən qədim avtomobillərdən biri 1993-cü il istehsalı olan Jaguar XJ-dir.
Ən təzə avtomobil 2020-ci il istehsalı olan Kia Telluride-dir. Bostonda avtomobili atmaq ilk dəfə qayda pozuntusuna görə 250 dollar, ikinci dəfə qayda pozuntusuna görə isə 500 dollar cərimə ilə nəticələnir.
Sahib həmçinin üç ay müddətinə sürücülük hüququndan məhrum edilə və ya bir il müddətinə başqa bir avtomobili qeydiyyata almaqdan məhrum edilə bilər.
Əli Babayev