Ford yenilənmiş Mondeo sedanını təqdim etdi…

22 Noyabr 2025 21:05 (UTC+04:00)

...Ford şirkəti Quançjou sərgisində yenilənmiş Mondeo sedanını təqdim edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Autonews xəbər verir.

Yenidən dizayn edilmiş sedan hazırkı altıncı nəsil modellə müqayisədə vizual olaraq dəyişdirilib. Ən diqqətəlayiq hal odur ki, Amerika avtomobil istehsalçısı duman işıqlarını bamperin aşağı hissəsinə köçürüb (indiki sedanda onlar birbaşa farların altında yerləşir).

Bu, barmaqlığın daha qabarıq görünməsinə səbəb olur. Arxa hissə, eləcə də ümumi siluet dəyişməz olaraq qalır.

Yeni Ford Mondeo gizli qapı tutacaqlarına və arxa tərəfdə modelin adı mərkəzləşdirilmiş səliqəli arxa işıqlandırma zolağına malikdir.

Texniki cəhətdən sedan 2.0 litrlik daxili yanma mühərrikini qoruyub saxlasa da, onun gücü 7 at gücü artıb (əvvəlki versiyada 254 at gücünə qarşı 261 at gücü).

Nazlı Almuradova