G20 liderləri Ukrayna, Qəzza və Afrikada münaqişələrin nizamlanmasına çağırıblar

22 Noyabr 2025 16:35 (UTC+04:00)

G20 liderləri Ukrayna, Sudan, Fələstin və Konqo Demokratik Respublikasında münaqişələrin nizamlanmasına çağırıblar. SİA xəbər verir ki, bu barədə Yohannesburqda keçirilən G20 liderlərinin sammitinin bəyannaməsinə istinadən "Al Jazeera" telekanalı məlumat yayıb.

"Sudan, Fələstin, Konqo Demokratik Respublikası və Ukraynada ədalətli, eləcə də hərtərəfli sülhə nail olmaq üçün işləyəcəyik", - telekanal bildirib.