...Kazanlı iş adamı və beş uşaq anası Dilyara Zalyalieva 2025-ci il "Mrs. Universe Classic 2025" ("Xanım Kainat Klassik 2025") tacını qazanıb.
SİA xəbər verir ki, TASS-ın məlumatına görə, o, 40 yaşdan yuxarı qadınlar üçün keçirilən beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.
Zalyalieva həyatını müəllimliyə həsr edib, məktəb və uşaq bağçaları şəbəkəsi yaradıb.
O, bir neçə elmi məqalənin müəllifidir. Çoxlu uşağı olan iş adamının sözlərinə görə, o, heç vaxt gözəllik müsabiqəsində iştirak edəcəyini ağlına belə gətirməyib.
Hər şey kortəbii şəkildə baş verib.
...Müsabiqə Malayziyanın Kuala Lumpur şəhərində keçirilib. Zalyalieva titul uğrunda Yaponiya, Hindistan, Bolqarıstan, Portuqaliya və Venesuela da daxil olmaqla bir neçə ölkədən olan 29 digər iştirakçı ilə yarışıb.
Tatarıstanlı qadın özünün heyrətamiz xarizması və təqdim etdiyi görünüşləri ilə münsiflər heyətini valeh edib - podium üçün ənənəvi tatar geyimlərinin elementlərini özündə əks etdirən geyimlər seçib.
Nazlı Almuradova