Tramp Ukrayna üzrə yeni xüsusi nümayəndə təyin edib

22 Noyabr 2025 15:14 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp ölkənin Ordu naziri Den Driskolu Ukrayna üzrə yeni xüsusi nümayəndə təyin edib. SİA xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

"Tramp vitse-prezident Cey Di Vensin dostu və sinif yoldaşı olan Den Driskolu yeni xüsusi nümayəndə adlandırıb", - qəzet qeyd edib.

Daha əvvəl bildirilmişdi ki, ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq yaxın aylarda vəzifəsini tərk etməyi planlaşdırır.